NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ RƏYASƏT HEYƏTİNİN
Q Ə R A R I № 1
21 iyul 2009-cu il Naxçıvan şəhəri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti aşağıdakı tərkibdə:
Ali Məhkəmənin sədri R.R.Süleymanovun sədrliyi ilə,
mülki işlər üzrə kollegiyanın sədri Ə.K.Allahverdiyevin,
hərbi məhkəmələrin işləri üzrə kollegiyanın sədri H.Q.Nəsibovun iştirakı ilə
Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər haqqında məruzəsini, Naxçıvan MR Vəkillər Kollegiyasına hakim üzvün seçilməsinə dair məlumatını, məruzə və ikinci məsələ haqqında çıxışları dinləyib
Q ə r a r a a l ı r:-
1.Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər haqqında məruzəsi nəzərə alınsın.
2.Muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinə tövsiyyə olunsun ki:
- növbəti ildə işlərə baxılarkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının gözlənilməsini, qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etsinlər;
- vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərə, şifahi müraciətlərə baxılmasını «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsinlər;
- Azərbaycan Respublikası Ədliyyə naziri və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən 30 avqust 2007-ci il tarixdə təsdiq olunmuş «Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat»a uyğun olaraq məhkəmələrdə statistika və kargüzarlığın aparılması işinin təkmilləşdirilməsinə, əmək və icra intizamına ciddi əməl olunmasına diqqət yetirsinlər.
3. «Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsinin III hissəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qurbanov Yusifəli Süleyman oğlu Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının üzvü təyin edilsin.
S Ə D R: RAMİZ SÜLEYMANOV