“Şərq qapısı” qəzeti 28.02.2024
Naxçıvanın 100 illik tarixi inkişafı dövründə muxtar respublikanın məhkəmə hüquq sistemi uzun inkişaf yolu keçmiş, bu tarix Naxçıvan Muxtar Respublikasının, bütövlükdə Azərbaycanın tarixi ilə sıx bağlı olub, ölkənin və muxtar respublikanın müxtəlif zaman kəsiyində yaşadığı dövrü özündə əks etdirmişdir.
Məhkəmə orqanları sisteminin yaradılması prosesinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılsa da demokratik respublikanın ömrününün qısa olması bu prosesin başa çatdırılmasına imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi” təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında qəbul etdiyi hökumətin ədliyyə sahəsində deklarasiyasında isə bəyan olunurdu ki, “ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri əvəz edə bilməz. Bütün ictimai təhlükəli hərəkətlər məhkəmə prosesində araşdırılmalıdır. Ona görə də elə məhkəmə sistemi yaratmaq lazımdır ki, o, bütün əhali tərəfindən başa düşülsün”. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda məhkəmə orqanlarına gəlincə, hər şeydən əvvəl onu qeyd edək ki, 1918-ci ilin ortalarında Naxçıvan Osmanlı ordusunun nəzarəti altında olmuş və həmin dövrdə Osmanlı ordusunun II alay komandiri Sürəyya bəy Naxçıvana məhəlləyi-rəisi (qəza rəisi) təyin edilmişdi. Buraya gələn Sürəyya bəy əhalinin nümayəndələri ilə keçirdiyi yığıncaqdakı çıxışında milli komitənin ləğv edildiyini, yerində jandarma, ədliyyə və bələdiyyə idarələrinin yaradıldığını bəyan etmişdir. 1918-1920-ci illərdə mövcud olan gərgin siyasi vəziyyət onu deməyə əsas verir ki, Naxçıvan çox təlatümlü və keşməkeşli bir dövr yaşamış və həmin dövrdə burada nəinki məhkəmə orqanları normal fəaliyyət göstərə bilmiş, heç dövlət quruculuğunun belə formalaşmasına imkan olmamışdır.
Аzərbаycаndа 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da kоmmunist idеоlоgiyаsına əsaslanan yeni məhkəmə orqanlarının təşkilinə başlanılmışdır. “Xalq məhkəmələri haqqında” 12 may 1920-ci il tarixli dekret xalq məhkəmələrinin hüquqi statusu, tərkibi və səlahiyyətləri ilə bağlı məsələləri tənzimləyirdi. Belə ki, dekretdə ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi, məhkəmə icraatının Azərbaycan dilində aparılması, məhkəmələrdə işlərə xalq iclasçılarının iştirakı ilə baxılması, təqsirləndirilən şəxslərin müdafiə hüququ, məhkəmə prosesi tərəflərinin xalq hakimlərinə və xalq iclasçılarına etiraz etmək hüququ, məhkəmə qərarlarından şikayət vermə qaydası və digər məsələlər göstərilirdi. Naxçıvan SSR-də məhkəmə orqanlarının fəaliyyətinə ilk dövrlər Naxçıvan SSR İnqilab Komitəsi nəzarət etmiş, 4 aprel 1921-ci ildə Naxçıvan SSR Xalq Ədliyyə Komissarlığı yaradıldıqdan sonra həmin qurum tərəfindən həyata keçirilmişdir.
Naxçıvan Dairə Məhkəməsi 1 oktyabr 1923-cü ildə yaradılmış və sözügedən Dairə Məhkəməsi Azərbaycan SSR Yuxarı Məhkəməsinə tabe olmaqla cinayət, mülki, hərbi və xüsusilə mühüm işlərə dair şöbələrdən ibarət olmuş, həmin dövrdə Naxçıvanda yerli qəza xalq məhkəmələri öz sərhədləri daxilində ərazi aidiyyəti üzrə işlərə birinci instansiya məhkəməsi qismində baxmışlar. Naxçıvan Dairə Məhkəməsi isə qəza xalq məhkəmələri üçün kassasiya instansiyası məhkəməsi olmaqla, eyni zamanda xüsusilə mühüm işlərə, habelə artıq ləğv olunmuş inqilabi tribunalın səlahiyyətinə aid edilmiş bütün işlərə də baxırdı. Bundan başqa qəza xalq məhkəmələri və istintaq orqanları üzərində nəzarət funksiyasını da həyata keçirirdi. Naxçıvan Dairə Məhkəməsinin tərkibi Azərbaycan SSR Yuxarı Məhkəməsi tərəfindən 1 (bir) illiyə təyin edilirdi və Azərbaycan SSR MİK tərəfindən təsdiq edilirdi.
9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. Beləliklə, artıq muxtar respublika statusuna malik olan Naxçıvanda ali nəzarət funksiyalarına malik məhkəmə sistemi formalaşdırmaq məqsədilə 11 оktyаbr 1924-cü ildə Аzərbаycаn SSR Mərkəzi İcrаiyyə Kоmitəsinin və Nахçıvаn MSSR Mərkəzi İcrаiyyə Kоmitəsinin birgə qərаrı ilə Nахçıvаn MSSR-də Аzərbаycаn SSR Yuхаrı Məhkəməsinin bölməsi yаrаdıldı. Аzərbаycаn SSR Mərkəzi İcrаiyyə Kоmitəsinin 3 oktyabr 1925-ci il tarixli iclasının nəticələrinə dair qəbul olunan qərarla Azərbaycan SSR MİK-in 11 oktyabr 1924-cü il tarixli qərarı ləğv edilmiş və Naxçıvan MSSR Baş Məhkəməsi təsis edilmişdir.
Аzərbаycаn SSR MİK-in və ХKS-in 23 аvqust 1934-cü il tаriхli qərаrı ilə 06 iyul 1927-ci il tаriхli “Аzərbаycаn SSR-də məhkəmə quruluşu hаqqındа” Əsаsnаməyə edilən dəyişikliyə görə Аzərbаycаn SSR Аli Məhkəməsinin Nахçıvаn MSSR-də fəаliyyət göstərən bölməsi ləğv еdilərək оnun əvəzinə Nахçıvаn MSSR Bаş Məhkəməsi, eləcə də Naxçıvan MSSR-də xalq məhkəmələri yaradıldı. Nахçıvаn MSSR Bаş Məhkəməsinin səlаhiyyətlərinə qаnunlа оnа аid еdilmiş işlərə birinci instаnsiyа məhkəməsi qismində bахmаq, həmçinin оnun fəаliyyət dаirəsində оlаn məhkəmələr üzərində məhkəmə nəzаrəti funksiyаsını həyаtа kеçirmək dахil idi.
1936-cı ildə SSRİ-nin II Kоnstitusiyаsının qəbulu ilə əlаqədаr olaraq 1937-ci ildə Аzərbаycаn SSR-in yеni Kоnstitusiyаsı qəbul еdildi. Kоnstitusiyаnın 110-cu mаddəsinə görə Аzərbаycаn SSR-də ədаlət mühаkiməsi Аzərbаycаn SSR Аli Məhkəməsi, Nахçıvаn MSSR Аli Məhkəməsi, DQMV Vilаyət Məhkəməsi, SSRİ Аli Sоvеtinin qərаrı ilə yаrаdılаn SSRİ хüsusi Məhkəmələri və хаlq məhkəmələri tərəfindən həyаtа kеçirilirdi. Bеləliklə, həmin dövrdən etibarən Nахçıvаn MSSR Bаş Məhkəməsi Nахçıvаn MSSR Аli Məhkəməsi аdı аltındа fəаliyyət göstərməyə bаşlаdı.
Naxçıvan MSSR rayon (şəhər) xalq hakimlərinin və Naxçıvan MSSR Ali Məhkəməsinin sədrinin, sədr müavininin və üzvlərinin toxunulmazlıq hüququ var idi. Naxçıvan MSSR rayon (şəhər) xalq hakimləri və Naxçıvan MSSR Ali Məhkəməsinin sədri, sədr müavini və üzvləri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməzdilər. Hər bir rayon (şəhər) xalq məhkəməsinin yanında məhkəmə qərarlarının icraya yönəldilməsi məqsədilə məhkəmə icraçıları fəaliyyət göstərirdi. Mülki işlər üzrə qətnamə, qərardad və qərarlar, habelə cinayət işləri üzrə hökmlərin, qərardadların və qərarların əmlakın tutulmasına dair hissəsi məhkəmə icraçıları tərəfindən icra edilirdi.
1977-ci ildə SSRİ-də yeni Konstitusiyanın qəbulu ilə əlaqədar hakimiyyətin ən mühüm strukturlarından olan məhkəmə orqanlarının inkişaf edib möhkəmlənməsinə zəmin yarandı. Həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi işləyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə təqdim etdi. Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də respublika Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edildi. Konstitusiyanın 8-ci bölməsinin 15-ci fəsli məhkəmə və arbitraj adlanmaqla Naxçıvan MSSR-də ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəaları özündə ehtiva edirdi. Konstitusiyanın 142-ci maddəsinə görə Naxçıvan MSSR-də ədalət mühakiməsi yalnız məhkəmə tərəfindən həyata keçirilirdi. Naxçıvan MSSR məhkəməsi Naxçıvan MSSR Ali Məhkəməsi, rayon (şəhər) xalq məhkəmələri olub, Naxçıvan MSSR məhkəmələrinin təşkili və fəaliyyət qaydası SSR İttifaqı, Azərbaycan SSR qanunları və bu Konstitusiya ilə müəyyən edilirdi.
“Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” 1981-ci il tarixli Qanunun 49-cu maddəsinə görə Naxçıvan MSSR Ali Məhkəməsi Naxçıvan MSSR-in ali məhkəmə orqanı olub SSRİ və Azərbaycan SSR Qanunvericiliyi ilə müəyyən edilən qaydada Naxçıvan MSSR rayon (şəhər) xalq məhkəmələrinin fəaliyyətinə nəzarət edirdi. Naxçıvan MSSR Ali Məhkəməsi Naxçıvan MSSR Ali Soveti tərəfindən 5 il müddətinə sədrdən, müavindən, məhkəmə üzvlərindən və xalq iclasçılarından ibarət tərkibdə seçilirdi. Naxçıvan MSSR Ali Məhkəməsinin say tərkibi Azərbaycan SSR Ədliyyə nazirinin təqdimatına əsasən Naxçıvan MSSR Ali Soveti tərəfindən müəyyən edilirdi.
Azərbaycan 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Müstəqilliyinin ilk illərində Azərbaycanda ümumi məhkəmələrin strukturu və tərkibi əvvəlki qaydalara, yəni “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” 26 iyun 1990-cı il tarixli Qanuna əsaslanırdı. Həmin qanunla Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və rayon (şəhər) xalq məhkəmələri fəaliyyət göstərirdi. Bunlarla yanaşı Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi və birinci instansiya məhkəməsi kimi Naxçıvan Qarnizonunun Hərbi tribunalı təsis edilmişdi, hansı ki həmin məhkəmələrin yaradılması “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” 26 iyun 1990-cı il tarixli Qanunda nəzərdə tutulmamışdı.
1992-ci il fevralın 25-də isə “Arbitraj məhkəmələri haqqında” Qanun qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi yaradıldı.
Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində əvvəl Naxçıvanda, daha sonra bütün Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı.
27 noyabr 1995-ci il tarixdə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 7-ci fəsli bütövlükdə məhkəmə hakimiyyətinə həsr edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.
Məlum olduğu kimi sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna da malik idi. Yeni qanunvericilik bu ziddiyyətləri tamamilə aradan qaldırdı və ölkəmizdə Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi fəaliyyətini qanunla müəyyən edilmiş yeni istiqamətdə davam etdirdi.
Yeni qanuna əsasən Azərbaycan Respublikasının məhkəmə sisteminə birinci instansiya qaydasında işlərə baxan rayon (şəhər) məhkəmələri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, hərbi məhkəmələr, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, iqtisadi mübahisələrə dair işlər üzrə yerli iqtisad məhkəmələri, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi, birinci və apellyasiya instansiya məhkəməsi kimi fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, apellyasiya instansiyası qaydasında işlərə baxan Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi, kassasiya instansiyası qaydasında işlərə baxan və ali məhkəmə orqanı sayılan Azərbaycan Respublikasının Ali Məhkəməsi daxil edildi.
Naxçıvan Muxtar Respublikasının məhkəmələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının böyük rolu olmuşdur.
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Məhkəmələrinin tərkibində fəaliyyət göstərən kollegiyaların adları mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiya ifadələri ilə əvəz edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsinin adı Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında” Fərmanının 15-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılmışdır.
Göründüyü kimi ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları ardıcıl proses olub ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, məhkəmələrdə işlərə ədalətli baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümidvarıq ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələr bundan sonra da ədalət mühakiməsini həyata keçirərkən fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə xidmət edəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
sədr müavini Əsgər Novruzov