^

MÜLKİ VƏ KOMMERSİYA KOLLEGİYALARINA APELLYASİYA ŞİKAYƏTİNİN VERİLMƏSİ QAYDASI

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsindən

ÇIXARIŞ

Maddə 357. Apellyasiya şikayəti vermək hüququ

 

357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

 

 Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr

 

358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:

358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına;

358.0.2. kommersiya məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına;

358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına.

 

 

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti

 

Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

 

 

Maddə 361. Apellyasiya şikayətinin məzmunu

 

361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.

361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

361.5. Dərhal icra edilməli olan qətnamələrdən verilən şikayətə qətnamənin icra olunduğunu təsdiq edən sənədlər əlavə olunur.

 

 Maddə 362. Apellyasiya şikayətinin verilməsi

 

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

 

 

Apellyasiya şikayətinin forması

 

_________________________________________________

_________________________________________________

_________________________________________________

(şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı)

_________________________________________________

_________________________________________________

_________________________________________________

(şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı)

 

 

APELLYASİYA ŞİKAYƏTİ

 

1. Apellyasiya şikayəti verən şəxs

1.1. Ad (fiziki və ya hüquqi şəxsin):_________________________________________________

1.2. Soyad (fiziki şəxsin):___________________________________________________________

1.3. Ata adı (fiziki şəxsin):__________________________________________________________

1.4. Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin):_________________________________________________________________________

VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin):________________

1.5. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan)______________________________________

_______________________________________________________________________________

1.6. Elektron poçt ünvanı: _________________________________________________________

1.7. Mobil telefon nömrəsi (və ya nömrələri):_________________________________________

1.8. Apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti _________________________

 

2. Apellyasiya şikayəti verən şəxsin vəkili

2.1. Ad:__________________________________________________________________________

2.2. Soyad:_______________________________________________________________________

2.3. Ata adı: _____________________________________________________________________

2.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan)______________________________________

2.5. Elektron poçt ünvanı:__________________________________________________________

2.6. Mobil telefon nömrəsi (və ya nömrələri):_________________________________________

2.7. Fəaliyyət forması:

2.7.1. Fərdi qaydada                      

2.7.2. Vəkillik qurumu tərkibində

Vəkillik qurumunun adı __________________________________________________________

2.8. Orderin nömrəsi və tarixi ______________________________________________________

 

3. Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi

3.1. Ad:__________________________________________________________________________

3.2. Soyad:_______________________________________________________________________

3.3. Ata adı: _____________________________________________________________________

3.4. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan)______________________________________

3.5. Elektron poçt ünvanı:__________________________________________________________

3.6. Mobil telefon nömrəsi (və ya nömrələri):_________________________________________

3.7. Etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd):

3.8. Etibarnamənin nömrəsi _______________________________________________________

3.9. Kim tərəfindən təsdiq edilmişdir: _______________________________________________

3.10. Verilmə tarixi: ______________________________________________________________

3.11. Qüvvədə olma müddəti: _____________________________________________________

 

4. Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat

4.1. Qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı______________________________________________________________________________

4.2. Qətnamə və ya qərardadın tarixi və nömrəsi______________________________________

4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi: ___________________________

4.4. Mübahisənin predmeti ________________________________________________________

 

5. İşin halları

Bu hissədə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir.

 

 

 

 

 

6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər

Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

 

Sıra

Maddi hüquq norması

Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

 

 

 

 

 

 

 

7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər

Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

 

Sıra

Prosessual hüquq norması

Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)

 

 

 

 

 

 

 

8. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər

Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

 

 

 

 

 

 

9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər

Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir.

 

 

 

 

 

 

10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər

Bu hissədə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

 

 

 

 

 

11. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər

Bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir.

 

 

 

 

 

12. Apellyasiya şikayəti verən şəxsin tələbi

Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

 

 

 

 

13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər

Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, order, etibarnamə, vəsatətlər və s.

 

 

 

 

 

14. İmza və tarix:

14.1. Apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası

Şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

14.2. Tarix.